Keçmiş model və “Miss Qvatemala” müsabiqəsinin iştirakçısı Roza Otiliya Ramires güllələnərək öldürülüb. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, müşahidə kameralarına düşmüş qətlin sifarişli olduğu güman edilir. İlkin məlumatlara görə, qadın qısqanclıq zəminində öldürülüb.
Mənbəyə əsasən, keçmiş model qızını məktəbə qoyaraq evə qayıdarkən güllələnib.