Modern.az

Afrində 350-yə yaxın terrorçu məhv edilib

Afrində 350-yə yaxın terrorçu məhv edilib

Aktual

26 Yanvar 2018, 10:01

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı zamanı zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu haqda Baş Qərargahın məlumat yayıb.  Bildirilib ki, indiyədək 343 terrorçu məhv edilib, 13 qırıcı ilə 23 hədəf darmadağın edilib.

 

 

"Zeytun budağı" əməliyyatının uğurla davam etdiyi bildirilir.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI