“Rusiya Böyük Britaniyanın infrastrukturunda zəif yerlər axtarır. Həmin yerlərə zərbə endirsə, ölkə xaosa bürünəcək”. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Qevin Uilyamson danışıb.
Onun sözlərinə görə, Moskva hazırda Avropadan Britaniyaya qaz və elektrik enerjisi daşınmasını diqqətlə öyrənir və bunu uyğun məqamda zərbə endirmək üçün isitfadə etməyə çalışır.
“Ruslar cənub sahilimizə qoşun çıxarmayacaqlar. Onlar Böyük Britaniyaya maksimal zərər vurmağa çalışacaqlar. Əgər iqtisadiyyata, infrastruktura zərər vurulursa, bu minlərlə qurbana səbəb olur. Bu halda ölkə xaosa bürünəcək”.
Müdafiə nazirinin mövqeyini keçmiş təhlükəsizlik və antirerror mərkəzinin rəhəbri lord Alan Uest də təsdiqləyib. Onun fikrincə, Moskva Londona zərbə endirmək üçün imkan gözləyir.
Xatırladaq ki, ötən həftə Britaniya ordusunun Baş Qərargah rəisi Nik Kartet də Çin, İran və Rusiya ilə hibrid müharibə ola biləcəyini nəzərə alaraq hərbi büdcənin artırılmasını təklif etmişdi.