Modern.az

Qurban Qurbanov millinin heyətini açıqladı

Qurban Qurbanov millinin heyətini açıqladı

Aktual

26 Yanvar 2018, 14:22

Millimiz yanvarın 27-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Bu müddət ərzində komandamızın Moldova və Makedoniya ilə yoldaşlıq oyunu nəzərdə tutulub.

AFFA-dan Modern.az-a verilən məlumata görə, Azərbaycan milli futbol komandasının heyəti açıqlanıb. Millimizin yeni baş məşqçisi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib:

Qara Qarayev, Maksim Medvedev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Mahir Mədətov, Ramil Şeydayev, Elvin Yunuszadə, Coşğun Diniyev, Abbas Hüseynov, Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda (hamısı Qarabağ), Kamran Ağayev (Keşlə), Ruslan Abışov, Rəhman Hacıyev, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəşad Əzizli, Anton Krivotsyuk (hamısı Neftçi), Cavid Hüseynov, Ruslan Qurbanov, Təmkin Xəlilzadə (hamısı Qəbələ), Cavid İmamverdiyev, Bəhlul Mustafazadə (hər ikisi Sumqayıt), Pavel Paşayev (Aleksandriya, Ukrayna).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI