Modern.az

Kənd təsərrüfatı haqqında yeni qanun layihəsi...

Kənd təsərrüfatı haqqında yeni qanun layihəsi...

26 Yanvar 2018, 14:36

2018-ci il qanunvericilik işləri planında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi var ki, onun may ayında müzakirələrə çıxarılması gözlənilir.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Eldar İbrahimov deyib.

 

Deputat bildirib ki, bu sənəd ötən sessiyada müzakirə edilməli idi, amma çatdırılmadı.

 

"Əslində bu sənəd ötən ilin dekabr ayında başa çatdırılıb, müzakirələrə təqdim olunmalı idi. Amma bu, mümkün olmadı. Kənd Təsərrüfatı Nazirliyi bu sənədi həmin müddətdə hazırlayıb, başa çatdıra bilmədi.

 

Odur ki, bu sənədin tam şəkildə hazırlanıb, may ayında müzakirələrə çıxarılması nəzərdə tutulur".

 

O həmçinin iclasın gündəliyinə salınan "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişikliklər barədə məlumat verərək deyib ki, burada "pullu" sözünün "ödənişli" sözü ilə əvəzlənməsi təklif olunur. 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI