Yəmən sahillərində 152 nəfəri daşıyan qayığın aşması nəticəsində 30 miqrant həlak olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Miqrant Təşkilatının məlumatına görə hadisə Ədən körfəzində baş verib.
Hadisə zamanı əsasən Somali və Efiopiyadan olan miqrantların boğulduğu bildirilir.