Modern.az

Ermənistan Azərbaycanla bağlı “pensiya dezinformasiyası” yayıb  

Ermənistan Azərbaycanla bağlı “pensiya dezinformasiyası” yayıb   

26 Yanvar 2018, 16:08

Ermənistan Mərkəzi Bankının rəhbərinin Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaq olmaqla, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən  sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Modern.az-a deyib. O bildirib ki, bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir.

 

2017-ci il üçün MDB ölkələrində orta aylıq pensiya məbləğləri

 

Ölkə

Pensiyanın orta aylıq  məbləği (ABŞ dolları ilə)

Azərbaycan

126,69

Ermənistan

78,52

Belarus

154,43

Gürcüstan

54,27

Qazaxıstan

201,45

Qırğızıstan

73,17

Moldova

82,07

Rusiya

214,95

Tacikistan

31,03

Ukrayna

72,98

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI