Ötən il ərzində Azərbaycanda 362 qida zəhərlənməsi baş verib.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 656 nəfər zərər çəkib.
Ötən il 21 botulizm hadisəsi baş verib. Nəticədə 41 nəfər zəhərlənib, 6 nəfər dünyasını dəyişib. Ölümə hisə verilmiş balıq və məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub.
Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı 2016-cı illə müqayisədə azalıb.
2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib.