Modern.az

KİVDF Müəllif Hüquqları Agentliyi ilə birgə jurnalistləri mükafatlandırdı - SİYAHI

KİVDF Müəllif Hüquqları Agentliyi ilə birgə jurnalistləri mükafatlandırdı - SİYAHI

26 Yanvar 2018, 17:46

Yanvarın 26-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə keçirdikləri "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Modern.az xəbər  verir ki, tədbirdə Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Fondun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, müxtəlif nazirlik və komitələrin məsul vəzifəli əməkdaşları, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və mükafatlandırılan jurnalistlər iştirak ediblər.

Vüqar Səfərli müsabiqəyə 22 kütləvi informasiya vasitəsindən 35 yazının təqdim edildiyini, yazıların Fondun 3, Müəllif Hüquqları Agentliyinin 1 nəfər eksperti tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor ekspertlərin yekun qərarına əsasən, 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. İcraçı direktor həmçinin Agentliyin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən müsabiqədə iştirak edən, lakin yer tuta bilməyən media nümayəndələri üçün 100 manat məbləğində pul mükafatının nəzərdə tutulduğunu bildirib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Modern.az saytının əməkdaşı Namidə Bingöl də müsabiqədə III yerə layiq görülüb.

Tədbiri yekunlaşdıran Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov birgə müsabiqənin təşkilinə və media ilə əməkdaşlığın genişləndirilməsindəki xidmətlərinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.


 

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I yer

Əliyev Vüqar Mükafat oğlu

"Mədəniyyət" qəzetinin redaktoru

20

2.

II yer

Qələndərov Nurlan Vəli oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

19,6

3.

II yer

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

19,3

4.

III yer

Kərimova Namidə Samid qızı

"Modern.az" İnformasiya Agentliyinin müxbiri

19

5.

III yer

Əliyeva Qaliya Sosialovna

"Kaspiy" qəzetinin şöbə müdiri

19

6.

III yer

Əliyeva Kifayət Cəbrayıl qızı

"The Business Times" qəzetinin müxbiri

18,6

7.

Həvəsləndirici

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

18,3

8.

Həvəsləndirici

Məhərrəmova Təranə Sərdar qızı

"Kaspi" qəzetinin müxbiri

18

9.

Həvəsləndirici

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

18

10.

Həvəsləndirici

Şahməmmədov Taleh Engilis oğlu

"İki sahil" qəzetinin müxbiri

17,6

11.

Həvəsləndirici

Qurbanova Aysel Aslan qızı

"Şərq" qəzetinin müxbiri

17,6

12.

Həvəsləndirici

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet"in redaktoru

17,6

13.

Həvəsləndirici

Xankişiyeva İlhamə Əbülfət qızı

"Teleqraf.com" İnformasiya Agentliyinin müxbiri

17,3

14.

Həvəsləndirici

Nəsibova Xanım Hopal qızı

"Kür" qəzetinin müxbiri

17,3

15.

Həvəsləndirici

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin baş redaktor müavini

17,3

16.

Həvəsləndirici

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17,3

17.

 

Nəsirov Rauf Yədulla oğlu

"Bakinskiy raboçiy" qəzetinin şöbə müdiri

17

18.

 

Zeynalov Cavid Aşur oğlu

"APA" İnformasiya Agentliyinin müxbiri

17

19.

 

Rzayeva Məlahət Əli qızı

"Şərq" qəzetinin müxbiri

17

20.

 

Cəfərov Müşfiq Mirzə oğlu

"Respublika" qəzetinin müxbiri

17

21.

 

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

17

22.

 

İmaməliyeva Tahirə Məmməd qızı

"Şərq" qəzetinin müxbiri

16,3

23.

 

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

16,3

24.

 

Bayramova Şəymən Elxan qızı

"Şərq" qəzetinin müxbiri

16,3

25.

 

Rəsulova İlhamə Loğman qızı

"Bizim Yol" qəzetinin müxbiri

16,3

26.

 

Məmmədli Səxavət Musa oğlu

"Həftə içi" qəzetinin müxbiri

16,3

27.

 

Bayramova Yeganə Sahib qızı

"Şərq" qəzetinin müxbiri

16

28.

 

Əliyev Seymur Telman oğlu

"Hürriyyət" qəzetinin müxbiri

16

29.

 

Hüseynova Mətanət Məhərrəm qızı

"İqtisadiyyat" qəzetinin müxbiri

16

30.

 

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

16

31.

 

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

16

32.

 

Tağıbəyli Vüsal Vaqif oğlu

"Həftə içi" qəzetinin müxbiri

16

33.

 

Əliyev Məhərrəm Ağalar oğlu

"İki sahil" qəzetinin müxbiri

15,6

34.

 

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

15,6

35.

 

Qiyasova İradə Qurban qızı

"The Business Times" qəzetinin müxbiri

15,3

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI