əziyyət çəkən ölkələr üçün regional əməkdaşlıq formatı kimi mühim rol oynayır.
Modern.az-ın məlumatına görə, bu barədə ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında Avropa İttifaqının (Aİ) təşkilatdakı Daimi nümayəndəliyinin ATƏT Parlament Assambleyasının prezidenti Georgi Seretelinin çıxışına cavab olaraq yaydığı bəyanatda bildirilir.
G.Seretelinin 2017-ci ilin dekabrında Tbilisidə GUAM Parlament Assambleyasına səfərinə toxunan nümayəndəlik qeyd edib ki, həlli uzanmış münaqişələrin həllinə göstərilən diqqəti alqışlayır:
"ATƏT Parlament Assambleyasının əməkdaşı olmaqla yanaşı, GUAM davam edən və həlli uzanmış münaqişələrdən əziyyət çəkən ölkələr arasında regional əməkdaşlıq formatı kimi mühüm rol oynayır".