Modern.az

Sabirabad sakini intihar etdi

Sabirabad sakini intihar etdi

26 Yanvar 2018, 21:37

Sabirabad rayonunda intihar hadsəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, saat 18.30 radələrində ailə münaqişəsi zəminində Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1969-cu il təvəllüdlü Qurbanov Fətəli  Ağalələ oğlu özünü asaraq intihar edib.

Bundan əvvəl ailədə yaranan münaqişə səbəbindən evini yandıran və özünü də yandırmaq istəyən F.Qurbanova ailə üzvləri bunu etməyə imkan verməyib. Lakin gözdən yayınan adı çəkilən şəxs özünü asaraq intihar etməyə müvəffəq olub.

 

Faktla bağlı Sabirabad ryon prokurorluğu araşdırma aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI