Modern.az

Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə etdi

Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə etdi

26 Yanvar 2018, 22:01

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirinin bu gün start götürən XI turunda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Modern.az xəbər verir ki, oyunda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.

 

Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI