Tayvanda 4,5 bal gücündə zəlzələ baş verib. Modern.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Taytunq şəhərindən 27 km şimal-qərbdə, ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.