Amsterdamda silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Məlumata əsasən, Amsterdam polisi şəhərin mərkəzində baş verən atışmanı kriminal münaqişə kimi qiymətləndirir. Hadisənin terrorla əlaqəsi olduğu güman edilmir.