Bakıda baş verən partlayışda xəsarət alan şəxsin adı məlum olub.
Modern.az xəbər verir ki, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Bakı metrosunun "28 May" stansiyasının yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində partlayış olub.