Modern.az

Azərbaycanlılar Danimarkada “Zeytun budağı” əməliyyatına dəstək verdilər

Azərbaycanlılar Danimarkada “Zeytun budağı” əməliyyatına dəstək verdilər

27 Yanvar 2018, 10:50

Avropa Türk Dərnəkləri Təşkilatının təşəbbüsü ilə Danimarkada Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” adlı antiterror əməliyyatlarına dəstək aksiyası keçirilib.

 

Bu barədə Modern.az saytına Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətindən  məlumat verilib. Bildirilib ki, Kopenhagendə keçirilən aksiya çərçivəsində Türkiyənin haqlı mövqeyi danimarkalılar və bu ölkəyə səfər edən qonaqlara çatdırılıb. 100-ə yaxın iştirakçının olduğu aksiyada İzmir marşı, Mehtər marşları və "Çırpınırdı Qara dəniz" mahnıları ifa edilib.

 

Qeyd edək ki, aksiyaya "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi ilə yanaşı, Danimarkadakı Türkmən Dərnəklərinin rəhbəri Sadullah Hamid də qatılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI