Modern.az

ATƏT PA-nın prezidenti Qarabağ münaqişəsini müzakirə etdi

ATƏT PA-nın prezidenti Qarabağ münaqişəsini müzakirə etdi

27 Yanvar 2018, 11:05

ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli və Avstriya Parlamentinin sədri Volfqanq Sobotka ATƏT məkanında həlli uzanmış münaqişələri müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, ATƏT məkanında olan problemlər barədə danışıqlar zamanı tərəflər Cənubi Qafqazda həlli uzanmış münaqişələri, eləcə də humanitar, miqrasiya və terrorizm məsələlərini müzakirə ediblər.

 

G.Tsereteli görüşdə ATƏT parlamentarilərinin bu sahədə apardıqları işlər barədə də danışıb.

 

Qeyd edək ki, fevralın 22-23-də ATƏT-in Parlament Assambleyası Avstriyanın Vyana şəhərində 17-ci illik Qış İclası üçün toplanacaq. Hər il Vyanada təşkil edilən yığıncaq zamanı aktual məsələlər müzakirə olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI