Modern.az

S&P növbəti 4 ildə Azərbaycan iqtisadiyyatının davamlı artımını gözləyir

S&P növbəti 4 ildə Azərbaycan iqtisadiyyatının davamlı artımını gözləyir

27 Yanvar 2018, 11:49

Növbəti 4 ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı orta hesabla 3,3 faiz təşkil edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

 

Agentlik Azərbaycanın xarici və yerli valyutada qısamüddətli və uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiq edib.

 

Reytinq üzrə proqnoz mənfidən stabilə dəyişib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI