Modern.az

Keçmiş məhkum avtomat və heroinlə tutuldu

Keçmiş məhkum avtomat və heroinlə tutuldu

27 Yanvar 2018, 12:08

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin, həmçinin “Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 ədəd patron aşkar edilib.

 

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI