Modern.az

Son 3 ayda sosial sığınacaqlara 100-dən çox adam yerləşdirilib

Son 3 ayda sosial sığınacaqlara 100-dən çox adam yerləşdirilib

Aktual

27 Yanvar 2018, 17:45

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində son 3 aya yaxın müddət ərzində 108 nəfərə xidmət göstərilib”.

 

Bunu Modern.az saytına açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, hazırda bu müəssisələrdə 45 nəfər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur:

 

“Sosial sığınacaqlara yerləşdirilmiş insanların qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir. Bunun üçün hər iki müəssisədə yüksək standartlara cavab verən şərait mövcuddur.

 

Qeyd edim ki, həmin müəssisələrdə qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan şəxslərin də müvəqqəti sığınacaqla təmin olunması həyata keçirilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI