Modern.az

Terrorçuların Hataya hücumu nəticəsində bir uşaq yaralandı

Terrorçuların Hataya hücumu nəticəsində bir uşaq yaralandı

Dünya

27 Yanvar 2018, 21:40

PYD/YPG terrorçularının Türkiyənin Hatay vilayətinə törətdiyi hücum nəticəsində bir uşaq yaralanıb. Modern.az xəbər verir ki, ərazidə heç kimin olmadığı bildirilsə də, uşaqlardan biri partlayışda yüngül yaralanıb. Afrindən Hatayın Reyhanlı rayonuna buraxılan raket 3 mərtəbəli binaya düşüb. Yaralı uşaq təcili yardımla xəstəxanaya aparılıb.

 

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur