Salyan rayonunda yol-nəqliyat hadisəsi baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Bəydili kəndində “KamAZ” markalı yük avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Avtomobil daha sonra yol kənarında olan ağaca çırpılıb.
Nəticədə yük avtomobilində olan sərnişin sıxılmış vəziyyətdə qalıb. Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək vətəndaşı nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.