Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirinin 12-ci turunda Böyük Britaniya təmsilçisi Cons Qaveynlə heç-heçə oynayıb. Modern.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 8 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, liderlər Giri və Maqnusdan yarım xal geridədir.
Sabah, turnirin yekun mərhələsində təmsilçimiz hindistanlı Anand Vişvanatanla görüşəcək.