Modern.az

"Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib

Dünya

27 Yanvar 2018, 22:51

"Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Məlumata görə, şənbə günü Suriyanın Afrin rayonunda "Zeytun budağı" əməliyyatı çərçivəsində ən azı iki türk hərbi qulluqçusu həlak olub. Daha 11 nəfər isə yaralanıb.

 

Qərargah qeyd edir ki, əməliyyat çərçivəsində 447 terrorçu öldürülüb, Türkiyə HHQ-nin 22 təyyarəsi 42 hədəfi məhv edib.

 

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur