Modern.az

Gecə klubuna hücumda 14 nəfər öldü

Gecə klubuna hücumda 14 nəfər öldü

Dünya

28 Yanvar 2018, 00:47

Braziliyada gecə klubuna hücum nəticəsində 14 nəfər öldü. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Fortalez şəhərində qeydə alınıb. Naməlum şəxslər gecə klubuna soxularaq atəş açıblar. Hücum zamanı ən azı 14 nəfər ölüb. Onların arasında iki yetkinlik yaşına çatmayan yeniyetmə də var. Bir neçə yaralını, o cümlədən 12 yaşlı oğlanı xəstəxanaya çatdırıblar.

 

Güman olunur ki, hücumçular narkotik maddə alveri ilə məşğul olan yerli cinayətkar qruplaşmanın üzvləridir. Onlar gecə klubuna 3 maşında gəliblər. Amma qətliamın hansı səbəbdən törətdikləri bilinmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur