2017-2018 ci tədris ilinin I yarımilində AzərbaycanRespublikası Təhsil Nazirliyi və “British Council” Təşkilatının Azərbaycandakı filialının birgəəməkdaşlığı çərçivəsində Bakı Şəhəri üzrə Təhsilİdarəsinin tabeliyindəki 4 ümumi təhsil məktəbindəİngilis dili resurs mərkəzləri yaradılıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı şəhəri Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, həmin məktəblər aşağıdakılardır: Xətai rayonu 245 nömrəli tam orta məktəb, Səbail rayonu 189-190 nömrəli tam orta məktəb, Nərimanov rayonu 45 nömrəli tam orta məktəb və Nizami rayonu 62 nömrəli məktəb-liseydir.
Yaradılan İngilis dili resurs mərkəzləri müəllimlərin dil və tədris bacarıqlarını təkmilləşdirmək, şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq və onların əldə etdikləri xarici dil biliklərini daha da möhkəmləndirmək məqsədlərinə xidmət edir. Mərkəzlər Böyük Britaniyadan sifariş olunmuş100-dən artıq kitab və metodiki vəsaitlə təmin olunub.
Resurs mərkəzlərində müvafiq mərkəz məktəblərin, eləcə də həmin mərkəzlərin xidmətlərindən yararlananşəbəkə məktəblərinin şagirdləri üçün dil dərsləri, ingilis dili müəllimləri üçün isə təkmilləşdirmətəlimləri keçirilir.
Dil dərslərində I-XI sinif şagirdləri könüllü əsaslarlaiştirak edə bilərlər. İlk öncə mərkəzlərin akademikmeneceri və koordinatoru tərəfindən könüllü şəkildədərslərə qatılmaq istəyən şagirdlərin qeydiyyatıaparılır. Dərslər həftədə iki dəfə olmaqla, qrupda 15 nəfər şagirdin iştirakı ilə həyata keçirilir. “BritishCouncil”un təlimçiləri tərəfindən interaktiv şəkildəkeçirilən dərslərdə şagirdlər ingilis dili üzrə yazı, oxu, dinləmə və danışıq bacarıqlarını təkmilləşdirirlər. Şagirdlər qruplara ingilis dili üzrə imtahan səviyyəsinəuyğun olaraq yerləşdirilir.
Mərkəzlərin hər birində minimum 10 qrup yaradılıb. “British Council”un maliyyə dəstəyi ilə həyatakeçirilən dil dərsləri cari tədris ilinin aprel ayınadəködənişsiz əsaslarla həyata keçiriləcəkdir. Aprel ayındansonra şagirdlərin marağı nəzərə alınaraq məşğələlərinkönüllü müəllimlər vasitəsilə həyata keçirilməsinəzərdə tutulub.
Mərkəzlər daxilində ingilis dili müəllimləri üçünhəftədə iki dəfə olmaqla 90 dəqiqəni əhatə edəntəkmilləşdirmə təlimləri də keçirilir. Həmin təlimlər“British Council”un peşəkar təlimçiləri tərəfindənaparılır. Təlimlər “Dərslərin planlaşdırılması”, “Səhvlərin düzəldilməsi”, “Sinfin idarəolunması” və s. təməl mövzuları əhatə edir. Cari tədris ilinin fevralayında Böyük Britaniyadan dəvət olunan təlimçitərəfindən 3 gün müddətinə mərkəz, eləcə də şəbəkəməktəblərinin ingilis dili müəllimləri üçün təlimlərkeçiriləcək, xarici dilin tədrisi və qiymətləndirməsisahəsi üzrə beynəlxalq təcrübə mübadiləsi aparılacaq.