Modern.az

İlham Əliyev Əfqanıstan prezidentinə başsağlığı verib

İlham Əliyev Əfqanıstan prezidentinə başsağlığı verib

28 Yanvar 2018, 10:18

Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

 

Modern.az-ın məlumatına görə, prezident İlham Əliyev Əfqanıstan prezidentinə ünvanlanan məktubunda bildirib ki, Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərlənib.

 

Dövlət başçısı vurğulayıb ki, bu amansız terror aktı dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının vacibliyini və zəruriliyini bir daha təsdiq edir: "Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI