Modern.az

Əfqanıstanda matəm elan olundu

Əfqanıstanda matəm elan olundu

28 Yanvar 2018, 12:10

Əfqanıstan hökuməti Kabildə törədilmiş terror aktında çoxsaylı tələfatla əlaqədar bu gün milli matəm elan edib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "1TV" telekanalın məlumat yayıb.

 

Eyni zamanda bazar ertəsi Kabil sakinləri üçün istirahət günü elan edilib.

 

Qeyd edək ki, şənbə günü Kabildə diplomatik korpusların olduğu Vəzir-Əkbər-Xan məhəlləsində partlayış törədilib. Partlayış nəticəsində 95 nəfər ölüb, 191 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti "Taliban" Hərəkatı öz üzərinə götürüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI