Modern.az

Türkiyə ordusu strateji nöqtələri ələ keçirdi- “ZEYTUN BUDAĞI” ƏMƏLİYYATI

Türkiyə ordusu strateji nöqtələri ələ keçirdi- “ZEYTUN BUDAĞI” ƏMƏLİYYATI

28 Yanvar 2018, 16:36

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adı altında keçirdiyi antiterror əməliyyatı davam edir.

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Afrinin şimal-şərqindəki PYD VƏ YPG-yə məxsus strateji Burseya Dağı ələ keçirilib.

 

Belə ki, “Zeytun budağı” əməliyyatının 9-cu günü Burseya dağına istiqamətli hərəkat gecə saatlarında hava hücumları və artilleriya zərbələrilə ilə davam edib.

 

Əməliyyatda, Burseya dağı ilə yanaşı,Afrinin 5 bölgəsində 13 kənd, 1-i kəndlatı ərazi olmaqla 4 strateji təpə olmaqla 18 nöqtə terrorçulardan təmizlənib.

 

Dağa çıxan əsgərlər ən yüksək nöqtəyə türk bayrağı sancıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI