Modern.az

“Bizim məqsədimiz ölkəmizdəki suriyalıları öz torpaqlarına qaytarmaqdı”

“Bizim məqsədimiz ölkəmizdəki suriyalıları öz torpaqlarına qaytarmaqdı”

28 Yanvar 2018, 18:02

"Bəzi Avropa ölkələrində Türkiyənin ordusunu işğalçı adlandırırlar. Onlar dönüb öz tarixlərinə baxmağı unudarlar, keçmisişiniz Afrikanın, digər bölgələrin işğalı, talan edilməsi ilə doludur".

 

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Amasiya şəhərində keçirilən mitinqdə çıxışı zaman deyib:

"Almaniyada polislərin gözü qarşısında PKK terror təşkilatının üzvlərinin məscidlərə hücum çəkir. Ancaq biz ölkəmizdə heç bir terrorçuya sığınacaq vermədik. O terrorçuları ya ölkələrinə göndərdik, ya da həbs etdik. Onlara kimin işğalçı, kimin qonaqpərvər olduğunu göstərəcəyik. Biz Afrinə girməkdə məqsədimiz Afrini işğal etmək deyil. Hazırda 3 milyondan çox suriyalı Türkiyədə məskunlaşıb. Bu suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını həyata keçiririk və o torpaqları PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edirik. Biz "Fərat qalxanı" əməliyyatı ilə Suriyada 2 min kv.km ərazini İŞİD terrorçularından azad etdik, 100 mindən çox suriyalı o torpaqlara qayıtdı. Qalan suriyalıların da qayıtması üçün ordumuz bu əməliyyatları keçirir".

 

 

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də müxalif Azad SuriyaOrdusu ilə birlikdə Suriyanın Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI