Modern.az

11 yaşlı uşağı sahibsiz  it dişlədi

11 yaşlı uşağı sahibsiz  it dişlədi

28 Yanvar 2018, 19:51

Bu gün axşam saatlarında rayonun Çolaqlı kənd sakini 2007-ci il təvəllüdlü Murad Nizami oğlu Abdullayev it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Modern.az APA-ya istinadən xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, 11 yaşlı M. Abdullayev yaşadığı kəndin ərzisində küçə ilə gedərkən sahibsiz itin hücumuna məruz qalıb.

İt M. Abdullayevin sağ ayağının baldır nahiyəsindən dişləyib. Murad Abdullayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI