Türkiyədə zəlzələ olub. Modern.az xəbər verir ki, İzmir şəhərinin Çeşmə rayonu sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.
Türkiyə Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeraltı təkanların yerli vaxtla 17:18-də, 15 km dərinlikdə meydana gəldiyi bildirilib.