Modern.az

Prezident seçkilərinin ilk turunda qalib müəyyənləşmədi

Prezident seçkilərinin ilk turunda qalib müəyyənləşmədi

29 Yanvar 2018, 00:11

Kiprdə seçkilərin ilk turu yekunlaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırkı dövlət başçısı Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində liderlik edir. Lakin bu nəticə ona birinci turda qalib gəlmək imkanı vermir.

 

Nikos Anastasiadis birinci turda səslərin 38-42 faizini toplayıb. Onun yaxın izləyicisi, Kiprin Əməkçi Xalqının Mütərəqqi Partiyasının nümayəndəsi Stavros Malas 27-31 faiz səs qazanıb. Üçüncü yerdə Demokrat Partiyasının lideri Nikolas Papadopulos (21,5-24,5 faiz səs) gedir.

 

Prezident postu uğrunda ikinci turda Anastasiadis və Malas mübarizə aparacaq.

 

Prezident seçkilərinin II turu fevralın 4-də keçirilə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur