Modern.az

Polis bir gündə 55 şübhəlini saxladı

Polis bir gündə 55 şübhəlini saxladı

Aktual

29 Yanvar 2018, 07:49

2018-ci il yanvar ayının 27-dən 29-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən gün ərzində 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI