İŞİD Əfqanıstanın paytaxtı Kabildə növbəti hücum həyata keçirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Marşal Fahim adına hərbi akademiyaya edilən hücum zamanı 5 hərbçi ölüb, 10 nəfər yaralanıb.
Akademiyada baş verən döyüş zamanı 4 terrorçu zərərsizləşdirilib, 1 nəfər isə ələ keçirilib. Hadisəyə görə İŞİD məsuliyyəti üzərinə götürüb.