Modern.az

İraq və Suriyada olan 19 azərbaycanlı uşaq Bakıya gətiriləcək

İraq və Suriyada olan 19 azərbaycanlı uşaq Bakıya gətiriləcək

Aktual

29 Yanvar 2018, 11:42

İraq və Suriyada olan 19 azərbaycanlı uşaq bu yaxınlarda Azərbaycana gətiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb.

 

S.Heydərovun sözlərinə görə, hazırda Suriya və İraqda 300-dən çox azərbaycanlı qadın və uşagın olması barədə məlumatlar var, ancaq bu, dəqiq rəqəm deyil: "Onların dəqiq sayının müəyyənləşdirilməsi və ölkəyə gətirilməsi istiqamətində işlər aparılır".

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI