Modern.az

Tramp: "Müsəlmanları sevirəm"

Tramp: "Müsəlmanları sevirəm"

29 Yanvar 2018, 13:58

ABŞ prezidenti Donald Tramp müsəlmanlara nifrət etdiyi barədə yayılan məlumatları yalan adlandırıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Tramp Böyük Britaniya televiziyasına müsahibəsində deyib.

 

“Müsəlmanlardan nifrət edirsinizmi?” - sualına D.Tramp “Yox, bu yalandır” - deyə cavab verib.

 

ABŞ prezidenti əlavə edib: “Mən bütün insanları sevirəm, amma əgər insanlar pisdirsə, bunun üçün cəza olmalıdır. Mənim müsəlmanlarla yaxşı münasibətlərim var və mən prezident seçkiləri ərəfəsində müsəlmanlardan dəstək görmüşəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI