Modern.az

Tərcümə Mərkəzi seçim turları elan etdi

Tərcümə Mərkəzi seçim turları elan etdi

Aktual

29 Yanvar 2018, 15:36

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (AzTC)dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi vəsertifikatlaşdırılması (müqavilələr əsasında əməkdaşlıq məqsədi ilə) üzrə seçim turları təşkil edir.

 

Modern.az xəbər verir ki, turlarda ictimai-siyasi, elmi-texniki,maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələrüzrə dil və tərcümə qabiliyyətinin yoxlanılması, mütəxəssislərin sertifikatlaşdırılması nəzərdə tutulur.

Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlər  mart ayının 1-dək  Mərkəzin [email protected] ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu,Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməlidir.

 

Qeydiyyat üçün tələb olunan sənədlər:

1.Şəxsiyyət vəsiqəsinin surəti;

2.2ədəd (3x4) fotoşəkil;

3.CV

 

Qeyd: Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir.

 

Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 123)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU