Modern.az

PKK terrorçuları ilə döyüşdə 13 türk əsgəri şəhid olub, 7-si yaralandı

PKK terrorçuları ilə döyüşdə 13 türk əsgəri şəhid olub, 7-si yaralandı

14 İyul 2011, 22:18

Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonunda PKK terrorçuları ilə döyüşdə 13 əsgər həlak olub, 7-si yaralanıb.
Türkiyə KİV-ləri əsgərlərin üç gün əvvəl terrorçular tərəfindən oğurlanmış yoldaşlarının axtarışı zamanı pusquya düşdüyü bildirilir.
Türkiyə Silahlı Qüvvələrinin bölmələri bölgədə hərbi əməliyyatları davam etdirirlər.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hadisə ilə əlaqədar İstanbula səfərini təxirə salıb və Ankarada Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və baş nazirin müavini Bəşir Atalayla təcili toplantı keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı