Modern.az

Yaşayış binasında yanğın - “Azəriqaz” hadisənin səbəbini açıqladı  

Yaşayış binasında yanğın - “Azəriqaz” hadisənin səbəbini açıqladı   

29 Yanvar 2018, 17:42

Bakıda yaşayış binasında yanğın olub. Hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektindəki beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Bəzi KİV-lər yaşayış binasının 2-ci blokunda yanğına qaz sızmasının səbəb olduğu ehtimalı haqda yazıblar . Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a açıqlama verib. Qurum rəsmisi bildirib ki, yanğın faktı Qara Qarayev prospekti 92 ünvanında qeydə alınıb:

“Yanğın mətbuatda qeyd edildiyi kimi, Qara Qarayev prospekti 86 ünvanında deyil, Qara Qarayev prospekti 92 ünvanında baş verib. Yanğın blokdakı məişət tullantılarında başlayıb”. 

 

İ.Kərbalayev deyib ki, məlumat həqiqəti əks etdirmir: “Hər hansı qaz sızması, partlayış baş verməyib”.

 
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi