Modern.az

Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb

Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb

29 Yanvar 2018, 21:45

Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları dayandırılıb. Modern.az  APA-ya istinadən xəbər verir ki, bu barədə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.

 

Məlumata görə, axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib: “Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”.

 

Qeyd edək ki, "Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı - Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi