Modern.az

Nazir kollegiya iclası keçirib

Nazir kollegiya iclası keçirib

15 İyul 2011, 11:04

İqtisadi İnkişaf Nazirliyində (İİN) geniş kollegiya iclası keçirilib. İİN-nun mətbuat xidmətinin məlumatına görə, nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən nazir Şahin Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən makroiqtisadi sabitliyin təmin edilməsi, büdcə xərclərinin tam icrası, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Azərbaycanın tranzit potensialının artırılmasına yönəlmiş mühüm layihələrin icrasının, sənayeləşmənin sürətləndirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, ərzaq təhlükəsizliyinin tam təmin olunması, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi və digər sahələrdə konkret tapşırıqların verildiyini vurğulayıb.

Şahin Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü vəzifələrə uyğun olaraq, Nazirliyin səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunması tədbirlərinin davam etdirilməsi, bu məqsədlə mütəmadi olaraq təhlillərin aparılması və zəruri hallarda təkliflərin hazırlanması, sənaye şəhərciklərinin, iri taxılçılıq təsərrüfatlarının yaradılması, Bakı şəhərində və onun qəsəbələrində sahibkarlığın inkişafına dövlət maliyyə dəstəyinin gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

İclasda yerli istehsalın stimullaşdırılması məqsədilə tədbirlərin təşkil edilməsi, yerli məhsuldan istifadə imkanlarının daha da artırılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar müəyyənləşdirilib.

Kollegiya iclasında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehlakçıların hüquqlarının qorunması, istehlak bazarına dövlət nəzarət tədbirlərinin gücləndirilməsi tapşırılıb.

İclasda həmçinin, İqtisadi İnkişaf Nazirliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin davam etdirilməsi, sertifikatların və lisenziyaların onlayn rejimdə verilməsinin təşkili üçün müvafiq tapşırıqlar verilib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı