Modern.az

"Zeytun budağı"nda məhv edilən terrorçuların sayı 649-a çatdı

"Zeytun budağı"nda məhv edilən terrorçuların sayı 649-a çatdı

30 Yanvar 2018, 10:38

Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 11-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki,indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 649 terrorçusu məhv edilib.

 

Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 3 hədəf darmadağın edilib.

 

Türkiyə Baş Qərargahı "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyini bildirir.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI