Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini Nazim İmanov, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Azər Hətəmov, Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin prokuroru Tariyel Qurbanov tutduqları vəzifələrdən azad edilib. Nazim İmanov Binəqədi, Azər Hətəmov Tərtər, Tariyel Qurbanov isə Hacıqabul rayon prokuroru təyin edilib.
Məlumatı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.
Modern.az