ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Çinin Qərbə gizli təsir göstərdiyini deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Pompeo Rusiyanın təxribatçı fəaliyyəti ilə müqayisədə Çinin daha çox təhlükəlidir.
“Biz ABŞ-a casus göndərmək istəyən, bizdən informasiya oğurlamaq istəyən və Çin hökumətinə işləyənlərin sayının artmaqda olduğunu görürük. Çin bu mənada gizli təsir göstərməyə çalışır və Rusiyadan daha təhlükəlidir".