Modern.az

Vərəm xəstələrinə əlillik statusu verilsin – Parlamentdə TƏKLİF SƏSLƏNDİ

Vərəm xəstələrinə əlillik statusu verilsin – Parlamentdə TƏKLİF SƏSLƏNDİ

30 Yanvar 2018, 12:53

Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə əlillik statusunun verilməsi təklif edilir.

 

Modern.az-ın məlumatına görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva deyib.

 

Deputat bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısa müddətli yardımların verilməsi və əlilliyin verilməsi məsələsinə baxa bilər.

 

“Onlara həyat şəraitlərini yaxşılaşdırmaq üçün heç olmasa, kurs müddətində yardım verilsin. Bununla çox ailələrə kömək etmiş olarıq”.

 

S.Vəliyeva deyib ki, bu gün əsas problemlərdən biri vərəm xəstəliyinin 25-44 yaşlı insanlar arasında təsadüf olunmasıdır. "Xəstələnmə hallarının demək olar ki, yarısı bu yaş dövründə olan insanlarda olur".

 

Deputat qeyd edib ki, 1990-cı illərə qədər penitensiar sistemdə vərəmdən ölüm halları çox idi, bu gün isə vərəmdən ölüm halları 105 dəfə azalıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI