Modern.az

Ağciyər İnstitutunun direktorundan həkimlərə ÇAĞIRIŞ

Ağciyər İnstitutunun direktorundan həkimlərə ÇAĞIRIŞ

Aktual

30 Yanvar 2018, 13:36

“Vacib məsələlərdən biri vərəm xəstəliyinin dərmanlara davamlılığıdır. Bunun iki növü var: Bir var ki, çoxsaylı dərmanlara davamlı vərəm, bir də onun ən çətin forması geniş sayda dərmanlara davamlı vərəm. Bu məsələ ilə bağlı problemlər var. Təəssüflər olsun ki, dünyanın 30, Avropanın 17 ölkəsi arasında Azərbaycanın adı səslənib”.

 

Modern.az-ın məlumatına görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

 

İnstitut direktoru bildirib ki, Avropada bu xəstəliyin 2 faizi Azərbaycanın payına düşür.

 

“Bu xəstəliyin əmələ gəlməsinin əsas səbəbi düzgün müalicənin aparılmamasıdır. Xəstələrin qeydiyyatdan kənar mülaciə olunması düzgün deyil. Elə həkimlər var ki öhdəlikləri, andlarını pozurlar, düzgün müalicə aparmırlar. Çünki bu gün Ümumdünya Səhiyyə Təşkilatının tamamilə yeni protokolları var, vərəmin diaqnozu və müalicəsi tamam başqa üsullarla aparılır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI