Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Vyanada ATƏT-in yeni baş katibi Labert Zinnerlə görüşəcək. Modern.az erməni XİN-inin rəsmi saytına istinadən bildirir ki, görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi müzakirə olunacaq.
Qeyd edək ki, XİN rəhbəri bir neçə gündür ki, Böyük Britaniyada rəsmi səfərdədir.