Modern.az

İcra başçısının təriflədiyi fermer Habil İbrahimov kimdir?

İcra başçısının təriflədiyi fermer Habil İbrahimov kimdir?

30 Yanvar 2018, 16:21

Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Dövlət başçısının giriş və yekun nitq söylədiyi konfransda çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkənin hər yerində olduğu kimi, Tərtərdə də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla həyata keçirilməsindən,  nəzərdə tutulmuş bütün infrastruktur layihələrindən, kənd təsərrüfatı sahəsində görülən işlərdən, pambıqçılığın inkişafından danışıb və yüksək pambıq göstəricilərinə görə fermer Habil İbrahimovun adını qeyd edib.  

Modern.az saytının əldə etdiyi məlumata görə, bu adın qeyd olunması təsadüfü deyil.  2000-ci ildən Tərtər rayonunda fəaliyyət göstərən İbrahimov Habil Qəməddin oğluna məxsus təsərrüfatda cari ildə pambıqla bərabər digər məhsul istehsalında ciddi göstəricilər əldə olunub. Belə ki, cari ildə hər hektardan 3.6 ton pambıq əldə olunaraq 116 ton pambıq təhvil verilib, bu da Tərtər rayonu üzrə ən yüksək məhsuldarlıq və toplam 116 ton məhsulla ən yüksək göstərici deməkdir. Cari ildə ölkə üzrə orta məhsuldarlıq hər hektar üçün 1.5 ton olduğunu nəzərə alsaq, bu göstərici respublika ortalamasından 2.4 dəfə yüksəkdir. 

Fermer Habil İbrahimov, eyni zamanda, qarğıdalı istehsalında da yüksək məhsuldarlıq əldə edib. Cari ildə hər hektardan 60 ton olmaqla 2000 ton qarğıdalı silosu və hər hektardan 11 ton olmaqla 400 ton dənlik qarğıdalı əldə edib ki, bu da respublika üzrə ən yüksək məhsuldarlıq hesab olunur. Buğda istesalına gəldikdə isə qeyd edək ki, ötən il fermer hər hektardan 5.3 ton olmaqla 120 ton buğda əldə edib. Bu, respublika üzrə ən yüksək məhsuldarlıq hesab olunur.
Qeyd edək ki, cari ildə ölkə üzrə orta məhsuldarlıq 2.8 ton təşkil etməkdədir. 4 il əvvəl fermer tərəfindən yaradılan südçülük fermasından hər inəkdən ortalama günlük 20 litr olmaqla toplam 750 ton süd və 12 ton həcmində ət istehsal olunub. Fermer Habil İbrahimov yaratdığı intensiv bağçılıqdan cari ildə ilk dəfə olaraq 20 ton ixrac məqsədli karalyok yetisdirərək ixracatçılara təhvil verib. 

 

 

 

Sizə yeni x var
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK