Türkiyənin müdafiə naziri Nurəddin Canikli Afrin əməliyyatının başlamasından bəri Türkiyə ordusunun 5 hərbçisini itirdiyini bildirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlama verib.
“Ordumuz 5 hərbçisini itirsə də, Azad Suriya ordusu ilə birlikdə itkilərimiz 29 nəfərdir”.
Nazir “Zeytun budağı” əməliyyatı zamanı 458 hədəfin və 649 PYD döyüşçüsünün də öldürüldüyünü deyib.